Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.07.2025 | 13:21 | Baxılıb: 9304
Xəbər verdiyimiz kimi, oktyabrın 4-ü axşam saatlarında İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

“sirin.az"in əldə etdiyi məlumata görə, ağır qəzada həyatını itirən şəxslərdən 1990-cı il təvəllüdlü Rüfət Quliyev Bakıda “Bright” tədris mərkəzinin rəhbəri imiş.

Hadisə vaxtı onun “BMW” markalı avtomobili saatda 150-160 kilometr sürətlə idarə etdiyi bildirilib. Nəticədə avtomobil qarşı tərəfdən gələn Rəşad Ələsgərovun sürdüyü “Mercedes”ə çırpılıb və hər iki sürücü hadisə yerində həlak olub.

Qəza nəticəsində daha 4 nəfər ağır xəsarətlər alıb.

Dəhşətli qəzada həyatını itirən 35 yaşlı Rüfətin fotosunu təqdim edirik:



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.