Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Deputat süni intellektlə bağlı beynəlxalq konfransda - Fotolar
 
						Deputat süni intellektlə bağlı beynəlxalq konfransda 
							 - Fotolar
Əlavə olunub: 04.19.2025 | 13:19 | Baxılıb: 2830
Aprelin 17-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi və Birləşmiş Millətlər Təşkilatının Terrorçuluq Əleyhinə İdarəsinin təşkilatçılığı ilə “Süni intellektin terrorçuluq məqsədləri üçün istifadəsinin qarşısının alınması sahəsində hüquqi tənzimləmə” mövzusunda beynəlxalq konfrans keçirilib.

“sirin.az” xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin deputatı Nizami Səfərov məruzə ilə çıxış edib.

Millət vəkili qeyd edib ki, informasiya-kommunikasiya texnologiyaları bəşəriyyətin qarşısında duran problemlərin həllində fundamental rol oynayır.

Parlamentari eyni zamanda süni intellektin terrorçuluq, çirkli pulların yuyulması, cinayət təbliğatı və sair qanunsuz məqsədlər üçün istifadə olunmasına diqqəti cəlb edib. Müasir şəraitdə kiber-təhlükəsizliyin təmin olunması məsələsi xüsusi olaraq vurğulanıb və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətinə diqqət yönəldilib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.