Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.04.2025 | 23:53 | Baxılıb: 2463
Futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi baş tutub.

“sirin.az” xəbər verir ki, VIII tura təsadüf edən prinsipial matçda “Qalatasaray” öz meydanında “Beşiktaş”ı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 12-ci dəqiqədə qonaqların heyətində Temmi Abraham açıb. 34-cü dəqiqədə ev sahibləri azlıqda qalıblar. Davinson Sançes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, “Qalatasaray” məğlubiyyətdən qaça bilib. 54-cü dəqiqədə İlkay Gündoğan fərqlənərək, yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “Qalatasaray” 22 xalla turnir cədvəlinə başçılıq edir. “Beşiktaş” isə 13 xalla 5-ci pillədə yer alır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.