Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dilanla Engin ayrılır - Foto
 
						Dilanla Engin ayrılır 
							 - Foto
Əlavə olunub: 03.02.2025 | 21:15 | Baxılıb: 9270
Məşhur türkiyəli fenomen Dilan Polat əri Engin Polatla ayrıldığını açıqlayıb.

“sirin.az” xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

Fenomen qeyd edib ki, onun bu addımı atmağına səbəb kiminsə həyatına ziyan vurmaq istəməməsidir:

“Deməli yan-yana olanda bir-birimizə zərər veririk. Həyat yoldaşım Engin Polatla yolları ayırmaq qərarına gəldim.

Sadəcə uzaqlaşmaq istəyirəm. Hamıdan və hər şeydən. Heç birinizə haqqımı halal etmirəm. Hər şeyimi əlimdən aldınız: həyat sevincimi, həvəsimi, hər şeyimi...”

Qeyd edək ki, bir müddət öncə cütlük barəsində çirkli pulların yuyulması maddəsilə cinayət işi açılmışdı.

Dünən isə onların hər ikisi haqqında narkotik vasitələrin istifadəsi ilə bağlı yeni araşdırma başlanılıb. Engin Polat bildirib ki, özü və xanımından izahat alındıqdan sonra sərbəst buraxılıblar.

Əlavə edib ki, baş verən hadisələr onların ailəsinə təşkil olunan qarayaxma kampaniyasıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.