“sirin.az” xəbər verir ki, xarici diplomatlar dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyində olublar.
Belə ki, onlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında olublar.
***
Diplomatik korpusun nümayəndələri Şuşada yaşayış komplekslərinə baxış keçirərək sakinlərlə görüşüblər. Daha sonra isə onlar Qarabağ küçəsində olublar.