Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Diplomatlarımızdan 69 nəfəri qadınlardır
 
						Diplomatlarımızdan 69 nəfəri qadınlardır
Əlavə olunub: 05.21.2025 | 11:14 | Baxılıb: 1459
Azərbaycanın 69 diplomatı qadındır.

“sirin.az” xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində çalışan diplomatların cədvəl üzrə bölgüsünə əsasən, 69 qadın, 297 kişi isə diplomat kimi çalışır.

Bundan başqa, ölkədəki ali təhsil müəssisələrinin rektorlarından cəmi 4-ü qadındır.

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərə gəldikdə isə:

zabit və gizir qadın hərbi qulluqçular - 329 nəfər;

müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular - 1602 nəfər;

qadın mülki işçilər - 10218 nəfərdir.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.