Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dolu və güclü külək Ağdamda təsərrüfatlara ziyan vurdu - Fotolar
 
						Dolu və güclü külək Ağdamda təsərrüfatlara ziyan vurdu 
							 - Fotolar
Əlavə olunub: 05.12.2025 | 14:36 | Baxılıb: 1460
Ötən gün ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Ağdam rayonunda bir sıra təsərrüfatlara ciddi ziyan vurub.

“sirin.az” xəbər verir ki, dolu və güclü külək rayonun Ergi düzü adlanan ərazisindəki tikililərə, kənd təsərrüfatında istifadə edilən traktora, həmçinin “Niva” markalı minik avtomobilinə zərərsiz ötüşməyib.

Yağan dolu traktorun yan şüşəsini qırıb, minik avtomobilinin damını əyib. Dolu vurması nəticəsində, xüsusilə taxıl zəmiləri ciddi zərər görüb.

Qeyd edək ki, sözügedən ərazidə keçmiş məcburi köçkünlər məskunlaşıb. Burada, həmçinin elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

Ziya Əmirxanlı








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.