“sirin.az” xəbər verir ki, bu haqda “Independent” nəşri məlumat yayıb.
Hadisə paytaxt Santo Dominqodakı “Jet Set” gecə klubunda baş verib.
Prezident Luis Abinader “X”də faciə ilə bağlı açıqlama verib:
“Jet Set gecə klubunda baş verən faciəyə görə dərin təəssüf hissi keçiririk. Hadisəni anbaan izləyirik”.
Təcili Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez bildirib ki, hadisə zamanı 120-dən çox insan yaralanıb. Xilasedicilər dağıntılar altında axtarışlar aparırlar:
“Biz güman edirik ki, onların bir çoxu hələ də sağdır və buna görə də dağıntılar altında bir nəfər belə qalmayana qədər işimizi buraxmayacağıq”.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşdirilməyib.
***
“Time” nəşrinin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 27-yə çatıb. Axtarışlar davam edir.
***
ABC-nin məlumatına görə, gecə klubundakı faciədə azı 44 nəfər ölüb, 160-ı yaralanıb.
***
Dominikan Respublikasındakı “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.