Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət Xidmətində Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş - Fotolar
 
						Dövlət Xidmətində Türkiyənin Milli Təhlükəsizlik Şurasının rəhbərliyi ilə görüş 
							 - Fotolar
Əlavə olunub: 05.14.2025 | 13:40 | Baxılıb: 1534
Azərbaycanda səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib. 

“sirin.az” xəbər verir ki,  Azərbaycan Təhlükəsizlik Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov Azərbaycan-Türkiyə arasında olan qardaşlıq və müttəfiqliyin böyük tarixi köklərə malik olmasını vurğulayıb.

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş də öz növbəsində iki ölkə arasında olan münasibətlərin dərinləşməsinin, həmçinin hərbi sahədə əməkdaşlığın və təcrübə mübadiləsi aparılmasının önəmli olmasından danışıb. 

Görüş zamanı hərbi xidmətə çağırış prosesi, tibbi şəhadətləndirmə, möhlət hüququ, dinc dövrdə və müharibə dövründə səfərbərlik hazırlığı, proseslərin avtomatlaşdırılması, rəqəmsallaşma və bir sıra digər mühüm məsələlər müzakirə olunub.

Görüşün sonunda qonaqlara rəmzi hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.