Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət Xidmətinin qadın hərbçiləri Zərifə Əliyevanı yad etdilər - Fotolar
 
						Dövlət Xidmətinin qadın hərbçiləri Zərifə Əliyevanı yad etdilər 
							 - Fotolar
Əlavə olunub: 04.28.2025 | 11:53 | Baxılıb: 2491
Məlum olduğu kimi, bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümüdür. 

“sirin.az” xəbər verir ki, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabanda akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elmi tarixinin mühüm bir mərhələsini təşkil edir. İstedadlı alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Onun elmi irsi xalqın qürur mənbəyi olub, xatirəsi hər zaman hörmətlə anılacaq.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.