Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Dünyasını dəyişənin siyahıda qalması əxlaq məsələsidir”
 
						“Dünyasını dəyişənin siyahıda qalması əxlaq məsələsidir”
Əlavə olunub: 05.30.2025 | 16:14 | Baxılıb: 1470
“Rəsmi seçici siyahılarının səhifədə yerləşdirilməsi məsələsini başa çatdırmalıyıq”.

“sirin.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünkü komissiya iclasında bildirib. 

“Dairə sədrlərinə çatdırılmalıdır ki, seçici siyahılarının başa çatması Məcəllənin tələbinə görə mayın axırına qədər təsdiq olunmalı, hüquqi status almalıdır. Kimsə siyahıya düşməmiş ola bilər. Kimsə seçici siyahısından çıxıbsa, dairələr bunu nəzəratdə saxlasın.

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi  və “ASAN” xidmət dünyasını dəyişənlərin siyahısını bizə göndərir. Dünyasını dəyişən adamın siyahıda qalması əxlaq məsələsidir. Siyahıda o adamın dünyasını dəyişməsi qeyd edilməlidir”,- deyə sədr bildirib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.