Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Eçmiədzində qarşıdurma - Ermənistanda nə baş verir? + Video
 
						Eçmiədzində qarşıdurma 
							 - Ermənistanda nə baş verir? + Video
Əlavə olunub: 06.27.2025 | 16:19 | Baxılıb: 3762
Ermənistanda II Qareginin iqamətgahında dövlət çevrilişində ittiham olunan arxiyepiskop Mikael Adjapaxyaın saxlanılması üzrə əməliyyat keçirilib.

“sirin.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti onu Eçmiədzindəki monastırdan apara bilməyib.

Daha sonra xüsusi təyinatlıları monastırı tərk ediblər. MTX-nin bəyanatında deyilir ki, buna səbəb kimi monastır ətrafında çoxlu sayda insanın toplaşması olub.

Ermənistan İstintaq Komitəsi güc strukturlarının arxiyepiskopun saxlamasına mane olunması faktı ilə bağlı cinayət işi açıb.

Son məlumata görə isə dövlət çevrilişində ittiham olunan arxiyepiskop Cinayət Axtarış İdarəsinə getmək qərarına gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.