Xarici vətəndaşlar üçün Rusiya Federasiyasının elektron vizalarının etibarlılıq müddəti iki dəfə artırılaraq 120 günə çatdırılıb. Bu viza ilə ölkədə qalma müddəti də iki dəfə - 30 günə qədər yüksəldilib.
“sirin.az” TASS-a istinadən xəbər verir ki, dəyişikliklər 22 avqustdan qüvvəyə minib.
İndiyədək elektron vizanın etibarlılıq müddəti 60 gün, qalma müddəti isə 16 gün idi.