Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ədliyyə Nazirliyindən işdən çıxarılan rəis müavini ilə bağlı - Açıqlama
 
						Ədliyyə Nazirliyindən işdən çıxarılan rəis müavini ilə bağlı 
							 - Açıqlama
Əlavə olunub: 04.23.2025 | 14:59 | Baxılıb: 10036
Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov vəzifədən azad edilib.

“sirin.az” xəbər verir ki, eyni zamanda Notariat idarəsinin rəisi olan A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib.

Qeyd edək ki, ötən gün mediada Anar Süleymanovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılmışdı.

Ədliyyə Nazirliyindən bildirilib ki, 14 aprel tarixindən A.Süleymanovun öz ərizəsi ilə ədliyyə orqanlarında qulluğuna xitam verilib: “Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar həqiqəti əks etdirmir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.