Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 10:15 | Baxılıb: 1922
Əfqanıstan və Pakistan sərhədində yenidən döyüşlər başlayıb.

“sirin.az” “Tolo News”a istinadən xəbər verir ki, “Taliban” hərəkatının qüvvələri və pakistanlı sərhədçilər arasında qarşıdurma Pakistanla sərhəddə Nanqarhar vilayətində qeydə alınıb. 

Hər iki tərəfin ağır silahlardan istifadə etdiyi bildirilib. 

Xatırladaq ki, iki ölkə arasında gərginlik oktyabrın 9-da qeydə alınıb. Bu zaman Pakistanın “Taliban” hərəkatına yaxın “Tehrik-e Taliban Pakistan” hərəkatı Kurram sərhədyanı bölgəsində ölkənin hərbi konvoyuna hücum edib. Hadisə zamanı 9 pakistanlı hərbçi və 2 zabit öldürülüb.

Tərəflər arasında sərhəddə ən son ciddi qarşıdurma oktyabrın 11-i baş vermişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.