Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.03.2025 | 08:29 | Baxılıb: 1164
Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib.

“sirin.az” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, zəlzələ nəticəsində 7 nəfər ölüb, 150 nəfər isə yaralanıb.

Yerli vaxtla 20:28-də və 10 kilometr dərinlikdə baş verən yeraltı təkanlar Tacikistan və Özbəkistanda da hiss olunub.

Qeyd olunub ki, zəlzələ zamanı Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində yerləşən Göy məscidin bir hissəsi dağılıb.

***

Əfqanıstanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb.

Ölkənin Səhiyyə Nazirliyi daha 320 nəfərin isə xəsarət aldığını açıqlayıb.

Ölənlərin və xəsarət alanların sayının artacağı gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.