Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Əfv Komissiyası öz işini mayda yekunlaşdıracaq”
 
						“Əfv Komissiyası öz işini mayda yekunlaşdıracaq”
Əlavə olunub: 03.15.2025 | 13:37 | Baxılıb: 1667
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası öz işini aprel ayında da davam etdirəcək.

Bu barədə “sirin.az”ya Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, bu il üçün 4 iclas keçirilməsinə baxmayaraq, hələ də baxılmamış müraciətlər var: “Çox güman ki, Əfv Məsələləri Komissiyası may ayının əvvəllərində öz işlərini yekunlaşdıracaq. Bundan sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”, - deyə, R. Məcid əlavə edib.

Komissiya üzvü, həmçinin qeyd edib ki, həmin 4 iclasda 400-ə yaxın müraciətə baxılıb, qərarlar qəbul olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.