Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əhməd əl-Şaraa Prezidenti təbrik etdi
 
						Əhməd əl-Şaraa Prezidenti təbrik etdi
Əlavə olunub: 04.01.2025 | 19:27 | Baxılıb: 1420
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“sirin.az” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Cənab Prezident, Əziz Qardaş.

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

Bayramınız mübarək!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.