Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Elə bilirsiniz, onlar bizim dostumuzdur, amma bizi soyurlar”
 
						“Elə bilirsiniz, onlar bizim dostumuzdur, amma bizi soyurlar”
Əlavə olunub: 04.03.2025 | 01:02 | Baxılıb: 4059
ABŞ Avropa İttifaqından (Aİ) gələn bütün mallara 20 faizlik gömrük rüsumları tətbiq edir.

“sirin.az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

“Aİ, onlarla sövdələşmək çox çətindir. Siz elə bilirsiniz ki, onlar bizim dostumuzdur, amma bizi soyurlar, çox üzücüdür”, - Tramp bildirib.

Çıxışı zamanı o, əlində Aİ ölkələrinin artıq 39 faizlik Amerika mallarına rüsum tətbiq etdiyi bir cədvəl tutub.

Qeyd edək ki, Tramp bundan əvvəl minik avtomobilləri, yük maşınları və avtomobil hissələrinin idxalına 25 faiz rüsum tətbiq edən sərəncam imzalamışdı. Ağ Ev rəhbərinin izah etdiyi kimi, belə bir tədbir milli təhlükəsizliyi qorumaq üçün zəruridir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.