Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü
 
						Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşdü
Əlavə olunub: 05.21.2025 | 13:05 | Baxılıb: 841
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb.

“sirin.az” xəbər verir ki, görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edilib.

Ölkəmizin beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsi xüsusi vurğulanaraq minifutbol üzrə dünya çempionatının da yüksək standartlara uyğun təşkil ediləcəyinə əminlik ifadə olunub.

İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirilib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açılıb.

Söhbət zamanı ölkəmizdə minifutbolun inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər təqdir edilib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.