Nazirlər Kabinetindən (NK) “sirin.az”ya verilən məlumata görə, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.
Bakıda keçiriləcək Azərbaycan və Moldova arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.