Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əli Əsədov Türkiyə səfiri ilə görüşdü
 
						Əli Əsədov Türkiyə səfiri ilə görüşdü
Əlavə olunub: 03.17.2025 | 20:02 | Baxılıb: 875
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “sirin.az”ya verilən məlumata görə, Baş nazir B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.