Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əməkhaqları Ermənistan dramı ilə ödənilirmiş
 
						Əməkhaqları Ermənistan dramı ilə ödənilirmiş
Əlavə olunub: 03.13.2025 | 22:46 | Baxılıb: 3192
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin ərazisində Ermənistan dramının dövriyyədə olduğunu etiraf edib.

“sirin.az” xəbər verir ki, o, əməkhaqlarının da Ermənistan dramı ilə ödənildiyini deyib.

“Biz çalışırdıq ki, vahid bir iqtisadi məkan olsun”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi martın 14-də davam etdiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.