Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əməliyyat zamanı saxlanılan onlardır - Fotolar
 
						Əməliyyat zamanı saxlanılan onlardır 
							 - Fotolar
Əlavə olunub: 06.30.2025 | 18:16 | Baxılıb: 14058
Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib.

“sirin.az"in məlumatına görə, əməliyyat zamanı saxlanılanlar var.

Bunlar İqor Kartavıx və Yevgeniy Belousovdur. Həmin şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.

Xatırladaq ki, Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.

Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.