Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Emin Rusiyadakı konsertini təxirə saldı
 
						Emin Rusiyadakı konsertini təxirə saldı
Əlavə olunub: 07.03.2025 | 12:49 | Baxılıb: 2934
Xalq artisti Emin Ağalarovun 3 gün sonra Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində baş tutacaq konserti təxirə salınıb. 

“sirin.az” xəbər verir ki, bu barədə instaqramda “Emin_live” səhifəsində poster paylaşılıb.

Posterdə bu il iyulun 6-da keçirilməsi nəzərdə tutulan konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı qeyd olunub. Həmçinin bildirilib ki, alınmış biletlər həmin konsert üçün etibarlı olacaq. Amma zərurət yaranarsa, satış nöqtələrinə geri qaytarıla da bilər.

Ehtimal olunur ki, konsertin təxirə salınması ilə bağlı qərar ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına başlanılması xəbərinin yayılmasından sonra verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.