Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əminə Ağazadə məruzə etdi - Video
 
						Əminə Ağazadə məruzə etdi 
							 - Video
Əlavə olunub: 04.19.2025 | 16:25 | Baxılıb: 7314
Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

“sirin.az” xəbər verir ki, iclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Parlamentlərarası Assambleyanın iclasında MDB Hüquq komissiyasının sədr müavini Əminə Ağazadə komissiya tərəfindən hazırlanan “Əmlakın mülkiyyətə verilməsi üçün müqavilələr” haqqında, “Dövlət kadastr qiymətləndirilməsi haqqında” və “Açıq müsabiqədən, oyunlardan və mərclərdən irəli gələn mükafat vədindən yaranan öhdəliklər haqqında” model Qanun layihələri ilə bağlı məruzə edib.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.