Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Ən çox Ərdoğanla olan fotomu bəyəndilər” - Paşinyan
 
						“Ən çox Ərdoğanla olan fotomu bəyəndilər” 
							 - Paşinyan
Əlavə olunub: 03.13.2025 | 22:57 | Baxılıb: 6595
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sosial media istifadəçiləri arasında ən çox bəyənilən paylaşımı Nyu-Yorkda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla olan fotosudur.

“sirin.az” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Nikol Paşinyan bunu Türkiyə KİV-inə müsahibəsində deyib.

“İlk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüb baxdıqda anlayıram ki, sosial şəbəkə istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olan fotodur. Baxıram və təəccüb edirəm”, - Paşinyan qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.