
“sirin.az” xəbər verir ki, bu barədə qurumun hesabatında qeyd olunub.
Bildirilib ki, yuxu fiziki və psixoloji sağlamlığın əsas amillərindən biri hesab olunur, lakin həyat tərzi, iş tempi və sosial-mədəni vərdişlər onun müddətinə birbaşa təsir göstərir.
Araşdırmaya əsasən, dünya üzrə orta yuxu müddəti 7 saat 4 dəqiqədir. Mütəxəssislər xəbərdarlıq ediblər ki, 7 saatdan az yatmaq ürək-damar xəstəlikləri, piylənmə, depressiya və immun sisteminin zəifləməsinə səbəb ola bilər.
Qeyd edək ki, ən uzun yuxu müddətinə malik ölkə Niderland olub. Belə ki, orada sakinlər orta hesabla 8 saat 1 dəqiqə yatır. Ardınca Finlandiya (8 saat), Avstraliya və Fransa (7 saat 9 dəqiqə), Yeni Zelandiya və Böyük Britaniya (7 saat 8 dəqiqə) gəlir. Türkiyədə isə bu nəticə 6 saat 35 dəqiqədir.
Ən az yatan ölkə isə Sudan göstərilib. Bu ölkədə insanlar orta hesabla cəmi 5 saat yatır. Bu ölkəni Səudiyyə Ərəbistanı 6 saat 5 dəqiqə ilə izləyir.