Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb
 
						Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb
Əlavə olunub: 04.23.2025 | 14:20 | Baxılıb: 2119
“Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaqdadır”.

“sirin.az” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Enerji sahəsi ilə bağlı bir neçə yeni qanun layihəsi hazırlanıb və müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir. Xüsusilə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilir. Enerji səmərəliliyi sahəsində də atılan addımlar səmərəli istifadəyə şərait yaradır. Elektroenergetika sahəsində islahatlar nəzərdə tutulmuş şəkildə davam etdirilməkdədir”, - deyə nazir müavini qeyd edib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.