Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi
 
						Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi
Əlavə olunub: 04.25.2025 | 17:34 | Baxılıb: 3297
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycanın səlahiyyətli qurumu müəyyən edilib.

“sirin.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan tərəfindən səlahiyyətli qurum Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Əqli Mülkiyyət Agentliyinin Azərbaycanın səlahiyyətli qurumu müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.