Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ər-Riyadda tarixi görüş - Fotolar - Yenilənib
 
						Ər-Riyadda tarixi görüş 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 05.14.2025 | 11:42 | Baxılıb: 9730
ABŞ Prezidenti Donald Trampla Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa (Culani) arasında görüş keçirilir.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb. 

Bildirilib ki, görüş hər iki ölkə liderinin səfərdə olduğu Ər-Riyadda baş tutur.

***

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Əhməd əl-Şaraa görüş keçirir.

Türkiyə lideri görüşə telefon bağlantısı vasitəsilə qoşulub.

***

Ərdoğan görüş zamanı Trampın Suriyaya qarşı sanksiyaların ləğv edilməsi barədə qərarının tarixi əhəmiyyət daşıdığını bildirib. 




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.