Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Əliyevə zəng etdi
 
						Ərdoğan Əliyevə zəng etdi
Əlavə olunub: 06.14.2025 | 20:42 | Baxılıb: 3031
İyunun 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“sirin.az” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti zamanı İran və İsrail arasında vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub.

Dövlət başçıları gərginliyin tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edərək, məsələlərin danışıqlar yolu ilə həllinin önəmini vurğulayıblar.

Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin gündəliyinə dair məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslarla bağlı məsələlərə də toxunublar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.