
“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyasındakı mənbəyə istinadən “RİA Novosti” yayıb.
Bildirilib ki, bu barədə qərarın sammitin tarixinə yaxın zamanda veriləcəyi gözlənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb. “Caliber.Az” isə diplomatik mənbələrə istinadən Prezident İlham Əliyevin sözügedən sammitdə iştirak etmək niyyətində olmadığını yazıb.