Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan kürsüdən “Qarabağ Azərbaycandır!” dedi, alqışlandı - Video
 
						Ərdoğan kürsüdən “Qarabağ Azərbaycandır!” dedi, alqışlandı 
							 - Video
Əlavə olunub: 09.19.2023 | 20:56 | Baxılıb: 7158
“Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Ancaq görürük ki, Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi. Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik”.

“sirin.az” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında deyib.

“İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bir millət, iki dövlət devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik”, - Türkiyə lideri qeyd edib.

Ərdoğanın kürsüdən bu çıxışı alqışla qarşılanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.