Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan onlara xəbərdarlıq etdi
 
						Ərdoğan onlara xəbərdarlıq etdi
Əlavə olunub: 04.16.2025 | 02:41 | Baxılıb: 3160
“Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək”.

“sirin.az” İHA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.

O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: 

“Xüsusilə Suriya məsələsində bəzi aktyorlar Türkiyənin səbrinin müqavimətini sınamaq əvəzinə onun dostluğunu təqdir etməli, danışıq və siyasətlərini buna uyğun tənzimləməli, təşkilat kimi deyil, dövlət kimi davranmalıdır. Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək. Kim Suriyanın davamlı sülh və sabitliyə nail olmasına mane olarsa, bizi, eləcə də Suriya hökumətini qarşısında görəcək. 

Suriya 8 dekabr öncəsinə qayıtmayacaq. Bu tarixdən sonra ölkədə yeni bir dövr başlayıb. Suriya sabitlik qazandıqca, bütün bölgə xalqları bundan fayda görəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.