Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Paşinyanla telefonla danışdı - Yenilənib
 
						Ərdoğan Paşinyanla telefonla danışdı 
							 - Yenilənib
Əlavə olunub: 06.05.2025 | 15:20 | Baxılıb: 1318
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Nazirlər Kabineti yayıb. 

Bildirilib ki, Ərdoğanıa Paşinyan söhbət zamanı iki ölkə arasındakı münasibətlər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, tərəflər dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

***

Türkiyənin Prezident Administrasiyası da sözügedən telefon danışığı barədə məlumat yayıb. 

Qeyd olunub ki, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik etmək üçün ona zəng edib:

“Söhbət zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və beynəlxalq məsələlər müzakirə edilib. Prezident Ərdoğan telefon danışığı zamanı regionda hərtərəfli normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının önəmini vurğulayaraq, Türkiyə və Ermənistan arasında təmaslardan məmnunluq duyduğunu qeyd edib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.