Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğana 75 min təzminat ödəyəcək
 
						Ərdoğana 75 min təzminat ödəyəcək
Əlavə olunub: 04.15.2025 | 13:40 | Baxılıb: 2863
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana 75 min TL (3347 AZN) təzminat ödəyəcək.

“sirin.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.

O bildirib ki, CHP sədri 26 aprel 2022-ci ildə Çağlayan Ədliyyəsi qarşısında çıxışı zamanı Ərdoğanı məhkəmə müstəqilliyini pozmaqda ittiham edib. Ankara Regional Ədliyyə Məhkəməsi 25-ci Mülki Dairəsi tərəfindən həmin çıxışına görə CHP sədri ilə bağlı təzminat qərarı qəbul edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.