Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - Video
 
						Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı 
							 - Video
Əlavə olunub: 03.31.2025 | 21:16 | Baxılıb: 16975
Ermənistan İrəvanda Azərbaycan dilində danışaraq video çəkən türkiyəli gəncə qarşı cinayət işi açıb.

“sirin.az” xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.

Abazyan ətraflı məlumat verməyib, o, jurnalistə İstintaq Komitəsi ilə əlaqə saxlamağı məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə Ermənistanın paytaxtına yollanıb.

Gənc səfər zamanı demək olar ki, hər addımını lentə alıb və İrəvanı “tarixi torpaqlarımız” adlandırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.