Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.19.2025 | 20:56 | Baxılıb: 19626
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan MTX yayıb.

Qeyd edək ki, forum sentyabrın 19-dan 21-nə qədər baş tutacaq.

***

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Simonyan 16 sərnişinlik “Gulfstream G450” ilə Bakıya yola düşüb.

“FlyOne” şirkətinə məxsus təyyarə saat 20:12-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Simonyan sentyabrın 19-dan 21-dək Bakıda olacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.