Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı layihəni qəbul etdi
 
						Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı layihəni qəbul etdi
Əlavə olunub: 02.12.2025 | 13:36 | Baxılıb: 1588
Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına üzv olması prosesinin başladılması” barədə qanun layihəsini birinci oxunuşda təsdiq edib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, 63 deputat qanun layihəsinin lehinə, 7 nəfər isə əleyhinə səs verib. 

Xatırladaq ki, Ermənistan hökuməti layihəni cari ilin yanvarında təsdiq etmişdi. Ölkənin Baş naziri Nikol Paşinyan bu zaman bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referendum yolu ilə qəbul edilməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.