“sirin.az” xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Nazirlər Komitəsinin 134-cü sessiyasında çıxışı zamanı deyib.
“Sazişin ən qısa zamanda imzalanaraq ratifikasiya olunması nəzərdən keçirilməlidir. Mən Ermənistanın gecikmədən bu yolla getməyə hazır olduğunu bir daha təsdiq edirəm”, - o əlavə edib.