Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıla bilər
 
						Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıla bilər
Əlavə olunub: 05.03.2025 | 12:45 | Baxılıb: 2261
Ermənistanda həqiqi hərbi xidmətə çağırış üçün maksimum yaş həddinin 27-dən 37-yə artırılması təklif edilir.

“sirin.az” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu təşəbbüslə ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Hayk Sarkisyan çıxış edib. 

Təklif çərçivəsində “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” Qanuna dəyişikliklər edilməsi planlaşdırılır. 

Məlumata görə, hərbi xidmət üçün yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına qədər vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təqribən 40 min dollar) həcmində rüsum təyin edilməsi təklif edilir. Bildirilir ki, bu, hərbi xidmətdən yayınan 27 yaşdan yuxarı vətəndaşlara cinayət məsuliyyətindən azad olmağa imkan verəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.