Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistanla Türkiyə arasında sərhəd-buraxılış məntəqəsi müvəqqəti açılır
 
						Ermənistanla Türkiyə arasında sərhəd-buraxılış məntəqəsi müvəqqəti açılır
Əlavə olunub: 03.20.2025 | 13:58 | Baxılıb: 3333
Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-buraxılış məntəqəsini müvəqqəti olaraq açmaq barədə qərar qəbul edib.

“sirin.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, buna səbəb Ermənistanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırmasıdır.

Məlumata görə, sözügedən məntəqə martın 21-dən 31-nə qədər açıq olacaq.

Qeyd edilib ki, Ermənistan və Suriya nümayəndələri humanitar yardımın göstərilməsi məsələsini müzakirə etmək barədə razılığa gəliblər: “Sərhəd-buraxılış məntəqəsinin açılması yüklərin Suriyaya quru yolu ilə çatdırılmasına və bununla da daşınma xərclərini azaltmağa imkan verəcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.