
“sirin.az” xəbər verir ki, 56 yaşlı aktrisa bu münasibətlə instaqram hesabında bir sıra arxiv fotolarını paylaşıb.
“Səni indi də o vaxtkı kimi sevirəm. Təşəkkürlər, əzizim!”, - Zeta-Cons yazıb.
Ketrin Zeta-Cons həmçinin paylaşımına 1998-ci ildə Dovildəki film festivalında baş tutan ilk görüşlərinin fotosunu əlavə edib. Görüntülərə Hindistanda Tac-Mahalın qarşısında çəkilmiş səyahət fotosu, romantik selfilər, aktrisanın gəlinlik geyimində olan və digər arxiv şəkilləri də daxildir.
“25-ci ildönümün mübarək, əzizim Ketrin. Kim düşünərdi ki? Bütün sevgimlə!”, - 81 yaşlı Maykl Duqlas da arxiv fotosunu paylaşaraq həyat yoldaşını təbrik edib.
Qeyd edək ki, cütlüyün Dilan adlı oğlu və Keris adlı qız övladları var.



