Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.20.2025 | 17:20 | Baxılıb: 1867
Məşhur amerikalı aktyor, iki dəfə “Oskar” mükafatı laureatı Kevin Speysi evsiz qaldığını bildirib.

“sirin.az” xəbər verir ki, bu barədə o, “The Telegraph”a müsahibəsində danışıb.

Aktyor cinsi təcavüz ittihamlarından sonra karyerasının məhv olduğunu xatırladıb.

Bildirilib ki, o, iş çatışmazlığı və məhkəmə çəkişmələri ilə bağlı çox böyük xərclər səbəbindən Merilend ştatının Baltimor şəhərindəki evini satmağa məcbur olub.

“Hotellərdə qalıram, müvəqqəti evlər kirayələyirəm. İş olan yerə gedirəm. Həqiqətən də evim yoxdur”, - aktyor etiraf edib.

“The Usual Suspects”, “American Beauty” filmləri və “House of Cards” serialı ilə məşhurluq qazanmış aktyor hazırda Cənubi Kiprdə yaşayır və gecə klublarında müğənni kimi çıxış edir. 

Xatırladaq ki, 2023-cü ildə London məhkəməsi təcavüzdə ittiham olunan aktyor haqqında bəraət qərarı çıxarıb.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.