Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fatih Altaylının həbsi ilə bağlı açıqlama
 
						Fatih Altaylının həbsi ilə bağlı açıqlama
Əlavə olunub: 06.23.2025 | 10:21 | Baxılıb: 2058
Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) jurnalist Fatih Altaylının həbsi ilə bağlı açıqlama yayıb.

“sirin.az” “Habertürk”ə istinadən xəbər verir ki, açıqlamada F. Altaylının məhkəmə prosesi ilə bağlı ictimai rəyi manipulyasiya etmək üçün sosial şəbəkələrdə kampaniya aparıldığı bildirilib.

“O, cinayət məzmunlu bu ifadələrdən istifadə edib: “...yaxın keçmişə deyil, uzaq keçmişə baxın, bu millət padşahını boğan bir millətdir. Öldürülən, sui-qəsd qurbanı olan, “intihar etdi” adı verilən Osmanlı sultanı az deyil...”

Altaylının prezidentimizlə bağlı suala cavab verməsi və nəyi nəzərdə tutduğu açıq-aşkar ortadadır, buna baxmayaraq, onun prezidentimizi nəzərdə tutmadığı, tarixi lətifə danışdığı iddiaları manipulyasiyadır”, - deyə, məlumatda vurğulanıb.

Həmçinin Fatih Altaylının saxlanılması və həbsi prosesinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni çərçivədə həyata keçirildiyi və qanunsuzluqlarla bağlı iddiaların tamamilə dezinformasiya məhsulu olduğu qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.