“sirin.az” xəbər verir ki, 82 yaşlı sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiq edib.
Qeyd edək ki, Filiz Akın 1943-cü ildə Ankarada anadan olub. Türkan Şoray, Hülya Koçyiğit ve Fatma Girik ilə birlikdə “Yeşilçam”ın dörd əfsanəvi aktirsalarından biri hesab olunurdu.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək sənətçinin ölümü ilə bağlı başsağlığı verib:
“Türk kinosunun əfsanələrindən olan dəyərli aktrisa Filiz Akının vəfatını hüzünlə öyrəndim. Ustad aktrisamızın ailəsinə, yaxınlarına və sevənlərinə və bütün sənət camiamıza başsağlığı verirəm”.