Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Filmdəki anlaşılmazlıq aradan qaldırıldı, barışdılar
 
						Filmdəki anlaşılmazlıq aradan qaldırıldı, barışdılar
Əlavə olunub: 04.07.2025 | 22:01 | Baxılıb: 2758
“Ayıq sürücü” filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “sirin.az”ya bildirib ki, Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşü olub. 

Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb. Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.