Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Firdovsi Umudov Federasiya prezidentləri ilə görüşdü - Video+Fotolar
 
						Firdovsi Umudov Federasiya prezidentləri ilə görüşdü 
							 - Video+Fotolar
Əlavə olunub: 07.14.2025 | 20:20 | Baxılıb: 1087
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstanda keçirilən “Kakhi Cup 2025” beynəlxalq turnirinin açılış mərasimində iştirak edib.

“sirin.az” xəbər verir ki, mərasimdə çıxış edən F.Umudov yarışın əhəmiyyətindən danışaraq, turnirin ildən-ilə daha da maraqlı keçdiyini diqqətə çatdırıb.

AAF rəsmisi Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze və 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə federasiya adından xatirə hədiyyələrini təqdim edib.

Tədbirin sonunda Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüb.

Xatırladaq ki, Firdovsi Umudov bir neçə gün əvvəl Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu"in üzvü seçilib.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.