Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Fransa sığınacaq müraciətlərin sayına görə Almaniyanı qabaqladı
 
						Fransa sığınacaq müraciətlərin sayına görə Almaniyanı qabaqladı
Əlavə olunub: 04.06.2025 | 22:04 | Baxılıb: 1478
Almaniya uzun illərdən sonra ilk dəfə sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqı ölkələri siyahısında liderliyini itirib.

“sirin.az” xəbər verir ki, bu barədə “Welt am Sonntag” nəşri məlumat yayıb.

Hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq almaq üçün müraciətlərin sayı kəskin azalıb.

Avropa İttifaqında bu sahədə Fransa birinci  (40 871), İspaniya (39 318) ikinci yerdə qərarlaşıb. Almaniya (37 387) isə artıq üçüncü yerdədir. 

Ən az müraciət Macarıstan (22 müraciət) və Slovakiyada (37 müraciət) qeydə alınıb.

Ən çox sığınacaq axtaranlar Venesuela, Əfqanıstan və Suriya vətəndaşlarıdır.

Fransada sığınacaq alınması üçün ən çox müraciət edən ukraynalılardır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.